logo

Masazır-Novxanı yolunda ağır avtoqəza:1 nəfər ölüb, 2 yaralı var

10:50 16-12-2023 | icon 5880
Masazır-Novxanı yolunda ağır avtoqəza:1 nəfər ölüb, 2 yaralı var

Ötən axşam Abşeron rayonunun Masazır-Novxanı yolunda, Duz gölü yaxınlığında iki avtomobil toqquşub, xəsarət alanlar var.

YeniAvropa Abşeron Polis İdarəsinə istinadla xəbər verir ki, qəzada xəsarət alan "VAZ 21099" markalı avtomobilin sürücüsü Namiq Abbasqulu oğlu Quliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ötən gün Abşeronda "KİA" və "VAZ 21099" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət almışdı.

Faktla bağlı araşdırma aparılır.