logo

Ermənistanda Rusiya Müdafiə Nazirliyinn silahla dolu avtomobili yanıb

14:34 15-12-2023 | icon 2947
Ermənistanda Rusiya Müdafiə Nazirliyinn silahla dolu avtomobili yanıb

Bu gün səhər saatlarında Ermənistanın Sünik rayonunun Sisian-Spandaryan yolunda Rusiya ordusuna məxsus “Kamaz” markalı yük maşını yanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Məlumata əsasən, Rusiya Silahlı Qüvvələrinə məxsus avtomobil silahla dolu olub.

Partlayışla nəticələnən yanğının səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.