logo

Qızılcadan ölən uşağın valideynləri onun  müalicəsindən imtina ediblər?

13:13 15-12-2023 | icon 5180
Qızılcadan ölən uşağın valideynləri onun  müalicəsindən imtina ediblər?

Qızılcadan ölən dörd yaşlı Şəmkir rayon sakini H.Allahyarovun valideynləri uşağın stasionar müalicəsindən imtina ediblərmiş.

YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

“Serebral iflic xəstəliyindən əziyyət çəkən 16.05.2019-cu il təvəllüdlü uşaq 14.12.2023-cü il tarixində səhhətində yaranan problemlərlə bağlı valideynləri tərəfindən Şəmkir rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müayinəyə gətirilib. Həkim müayinəsi zamanı xəstədə qızılca virusu aşkar edilib və stasionar müalicəyə ehtiyac olduğu bildirilib. Uşağın valideynləri stasionar müalicədən imtina ediblər.

Daha sonra uşaq valideynləri tərəfindən 14.12.2023-cü il tarixində saat 15:30 radələrində Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilərkən xəstəxanaya qədər ölüm qeydə alınıb”,-deyə TƏBİB-in məlumatında qeyd edilib.