logo

UEFA Avropa Liqası: “Qarabağ” püşkatmada səpələnmişlər səbətində yer alır

12:12 15-12-2023 | icon 1330
UEFA Avropa Liqası: “Qarabağ” püşkatmada səpələnmişlər səbətində yer alır

Dekabrın 18-də UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

YeniAvropa xəbər verir ki, “Qarabağ” püşkatmaya səpələnmişlər səbətindən qatılacaq.

H qrupunu ikinci pillədə başa vuraraq pley-offa adlayan Ağdam təmsilçisi bu raundda Çempionlar Liqasından gələn səkkiz kollektivdən biri ilə qarşılaşacaq.

Həmin komandalar bunlardır: “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə), “Şaxtyor” (Donetsk, Ukrayna).

Səpələnmişlər səbətində “köhlən atlar”la yanaşı, Almaniyanın “Frayburq”, Fransanın “Marsel”, “Renn” və “Tuluza”, İtaliyanın “Roma”, Çexiyanın “Sparta” (Praqa) və Portuqaliyanın “Sportinq” klubları yer alıblar.

Reqlamentə əsasən, pley-off mərhələsində eyni ölkə təmsilçiləri üz-üzə gələ bilməzlər. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək. Səkkiz cütün qalibi 1/8 finalın pü