logo

Putin Ermənistanın MDB və KTMT-dən çıxmaq istəməsindən danışıb

19:19 14-12-2023 | icon 3731
Putin Ermənistanın MDB və KTMT-dən çıxmaq istəməsindən danışıb

İndi Ermənistanda mürəkkəb daxili siyasi proseslər baş verir.

YeniAvropa xəbər verir ki, bu barədə Vladimir Putin vanlı yayımlanan brifinqdə bildirib.

“MDB, Avrasiya İqtisadi İttifaqı (Aİİ), KTMT-dəki üzvlüyünün dayandırılmasının Ermənistanın marağına uyğun olduğunu düşünmürəm. Nəticə etibarilə, bu, yenə də dövlətin öz seçimidir. Ümumi tədbirlərdə ölkənin baş nazirinin iştirak etməməsi isə bildiyimiz kimi, istənilən halda, Ermənistanda baş verən bəzi proseslərlə əlaqədardır” – deyə Rusiya Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, bu iştiraksızlıq ölkənin sözügedən inteqrasiya təşkilatlarında iştirak etmək və ya etməmək istəyi ilə bağlı deyil.

“Hadisələrin necə inkişaf edəcəyinə baxacağıq”, – deyə V.Putin əlavə edib.