logo

Azərbaycanın iki şahmatçısı Avropa çempionatında iştirak edir

18:01 14-12-2023 | icon 1295
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında iştirak edir

Xorvatiyanın paytaxtı Zaqrebdə şahmatın rapid və blits növü üzrə Avropa çempionatı start götürüb.

YeniAvropa xəbər verir ki, İsveçrə sistemi ilə keçirilən turnirdə Azərbaycanı iki şahmatçı təmsil edir.

İki gün davam edəcək yarışda Rauf Məmmədov və Eltac Səfərli qüvvəsini sınayır.

Qeyd edək ki, Avropa çempionatında 500-ə yaxın şahmatçı mübarizə aparır.