logo

Roma Papası özünün dəfn mərasiminin təşkilatçıları ilə görüşüb

13:53 13-12-2023 | icon 2359
Roma Papası özünün dəfn mərasiminin təşkilatçıları ilə görüşüb

Roma Papası Fransisk dünyasını dəyişdikdən sonra Romadakı “Santa Maria Maggiore” bazilikasında dəfn olunmasını istəyir.

YeniAvropa xəbər verir ki, bir neçə gündən sonra 87 yaşı tamam olacaq pontifik bu barədə Meksikanın "N+" telekanalına müsahibəsində deyib.

“Yer artıq hazırlanıb, mən “Santa Maria Maggiore” bazilikasında dəfn olunmaq istəyirəm. Artıq dəfn mərasiminin təşkilatçıları ilə görüşmüşəm”, - deyə Fransisk bildirib.

Bir müddət öncə, pontifik tənəffüs yollarının iltihabı ilə müşayiət olunan qripə görə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Dubay şəhərində keçirilən Tərəflər Konfransında iştirak edə bilməyib. Lakin o, hazırda özünü daha yaxşı hiss etdiyini və kifayət qədər sağlam olduğunu vurğulayıb