logo

“Qalatasaray” bu gün Çempionlar Liqasının 1/8 finalına yüksələ bilər

11:11 12-12-2023 | icon 1358
“Qalatasaray” bu gün Çempionlar Liqasının 1/8 finalına yüksələ bilər

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI tura start veriləcək.

YeniAvropa xəbər verir ki, ilk oyun günündə səkkiz qarşılaşma keçiriləcək.

A qrupunda bütün suallara bu turda aydınlıq gələcək. Türkiyə “Qalatasaray”ı Danimarkada “Kopenhagen”in, Almaniya “Bavariya”sı isə İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq. İstanbul təmsilçisi səfərdə rəqibini məğlub edəcəyi halda, digər matçın nəticəsindən asılı olmayaraq 1/8 finala yüksələcək. “Qırmızı şeytanlar” isə pley-offa adlamaq üçün münhenlilərlə görüşdə qələbə qazanıb, Kopenhagendəki oyunun heç-heçə bitməsini gözləməlidir. “Bavariya” 1/8 finala vəsiqəni daha əvvəl təmin edib.

B qrupunda ilk iki pillənin sahibi bəlli olduğundan, əsas mübarizə Avropa Liqasına düşmək uğrunda gedəcək. Bu mənada, Fransada “Lans” və İspaniyanın “Sevilya” komandaları arasında keçiriləcək görüş xüsusi önəm daşıyır. Bu matçda meydan sahiblərini heç-heçə qane edəcəksə, qonaqlara mütləq qələbə lazımdır.

C qrupunda İspaniya “Real Madrid”i 1/8 finala vəsiqəni daha əvvəl rəsmiləşdirib. İkinci yerin sahibi isə İtaliyada “Napoli” ilə Portuqaliya “Braqa”sı arasındakı matçda bəlli olacaq.

D qrupunda pley-offa yüksələn komandalar məlumdur. İtaliya “İnter”i və İspaniya “Real Sosyedad”ı artıq bu vəzifənin öhdəsindən gəlib. Bu qrupda da əsas mübarizə 3-cü yer uğrunda olacaq. Avropa Liqasına vəsiqənin sahibi Avstriyada “Zaltsburq”la Portuqaliya “Benfika”sı arasında keçiriləcək qarşılaşmada müəyyənləşəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

12 dekabr

A qrupu

00:00. “Mançester Yunayted” (İngiltərə) – “Bavariya” (Almaniya)

00:00. “Kopenhagen” (Danimarka) – “Qalatasaray” (Türkiyə)

Xal durumu: “Bavariya” – 13, “Kopenhagen” – 5, “Qalatasaray” – 5, “Mançester Yunayted” - 4.

B qrupu

21:45. “Lans” (Fransa) – “Sevilya” (İspaniya)

21:45. PSV (Niderland) – “Arsenal” (İngiltərə)

Xal durumu: “Arsenal” – 12, PSV – 8, “Lans” – 5, “Sevilya” - 2.

C qrupu

00:00. “Napoli” (İtaliya) – “Braqa” (Portuqaliya)

00:00. “Union” (Berlin, Almaniya) – “Real Madrid” (İspaniya)

Xal durumu: “Real” – 15, “Napoli” – 7, “Braqa” – 4, “Union” - 2.

D qrupu

00:00. “İnter” (İtaliya) – “Real Sosyedad” (İspaniya)

00:00. “Zaltsburq” (Avstriya) – “Benfika” (Portuqaliya)

Xal durumu: “Real Sosyedad” – 11, “İnter” – 11, “Zaltsburq” – 4, “Benfika” - 1.