logo

Audiovizual Şura televiziya kanallarına xəbərdarlıq edib

17:32 11-12-2023 | icon 756
Audiovizual Şura televiziya kanallarına xəbərdarlıq edib

Audiovizual Şuranın dekabrın 11-də keçirilmiş iclasında cari ilin oktyabr ayı ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış reklam materiallarının monitorinqi müzakirə olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, Audiovizual Şura ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə həyata keçirdiyi monitorinqlər nəticəsində Azərbaycanda fəaliyyət göstərən kommersiya bankının reklam materialında bank tərəfindən keçirilən lotereya ilə bağlı natamam informasiyanın verilməsi ilə "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinin tələblərinin (əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklamda lotereyanın, müsabiqənin, oyunun və digər tədbirlərin keçirilməsinin şərtləri, vaxtı və müddəti, uduş fondu, uduşların verildiyi yer və vaxt, alınması şərtləri, onların təşkilatçısı barədə məlumatlar əks olunmalı yaxud səsləndirilməlidir) pozulması qeydə alınıb.

Şuranın məlumatında bildirilib ki, bir çox televiziya kanallarının efirində nümayiş olunan həmin reklam materialının yayımı noyabr ayında da davam edib. Qeyd olunanları nəzərə alaraq, aparılan müzakirələrdən sonra Audiovizual Şura yayımçılara belə pozuntunun təkrarlanacağı təqdirdə inzibati sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edıb.