logo

Qusarda mikroavtobus dərəyə aşıb: Xəsarət alanlar var

17:14 11-12-2023 | icon 5341
Qusarda mikroavtobus dərəyə aşıb: Xəsarət alanlar var

Qusarın Avaran kəndi ərazisində dərəyə aşan mikroavtobusda yaralanan sərnişinlərin adları müəyyənləşib.

YeniAvropa xəbər verir ki, Qusardan Xürel kəndinə gedən sərnişin avtobusunda qəza zamanı 15 nəfər olub. Onlardan 6 nəfər - Mikayılova Liana Nəriman qızı, Bədəlova Lamunat Misənnif qızı, Şıxzadayeva Milyanə Vəzirxan qızı, Əmiraslanov Ruslan Əmiraslan oğlu, Beydiyeva Aksana Mövlud qızı və Cavadova Aysel Mayis qızı xəsarət alıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəzaya uğrayan 38 BC 630 dövlət nömrə nişanlı, “Mercedes” markalı mikroavtobusun sürücüsü Qusarın Xürel kənd sakini Natiq İlyasovdur. Sürücü bildirib ki, qatı duman səbəbindən sərt döngədə idarəetməni itirib.

Faktla bağlı araşdırma aparılır.