logo

AQTA Bərdədə nöqsanlı çörək sexini basğlatdırıb

16:32 11-12-2023 | icon 742
AQTA Bərdədə nöqsanlı çörək sexini basğlatdırıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) əməkdaşları Bərdə rayon Prokurorluğundan daxil olmuş müraciət əsasında rayon ərazisində yerləşən fiziki şəxs İsmayılzadə Tural Hüseyn oğluna məxsus çörək istehsalı müəssisəsində plandankənar yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib.

Çörək istehsalı müəssisəsinin qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyekt olaraq qeydiyyatdan keçmədiyi məlum olub, həmçinin müəssisədə temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, müvafiq anbar sahəsinin olmadığı, unun divara bitişik şəkildə istehsal sahəsində saxlanıldığı, vaxtaşırı olaraq müvafiq təmizlik işlərinin getmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq çörək istehsalı müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkara icrası məcburi göstərişlər verilib.