logo

Xəbərdarlıq: Temperatur 5° aşağı enəcək, qar yağacaq

14:54 11-12-2023 | icon 742
Xəbərdarlıq: Temperatur 5° aşağı enəcək, qar yağacaq

Dekabrın 12-dən 14-ü səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, dekabrın 12-si gündüz arabir 15-18 metr/saniyəyədək güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enərək, gecə saatlarında 3-6°, gündüz saatlarında 6-9° isti olacaq.

Dekabrın 11-i axşamdan 14-ü gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° enərək, aran rayonlarında gecə 1-6°, gündüz 11°-dək isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.