Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib
Cari ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 109,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6 faiz təşkil edib.
Dövlət Statistika KomitəsindənYeniAvropa-ya bildirilib ki, cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 102,6 faiz olub. Bu ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, əvvəlki ilin noyabr ayına n isbətən 101,5 faiz təşkil edib.
Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma çörəyin, qarabaşaq və manna yarmasının, mal, qoyun və toyuq ətinin, təzə balığın, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, naringinin, portağalın, limonun, almanın, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, yerkökünün, çuğundurun, soğanın, kartofun, şəkər tozunun, bahalaşma isə əsasən pasterizə olunmamış üzlü südün, yoqurtun, yumurtanın, ze ytun yağının, bananın, üzümün, xiyarın, pomidorun, sarımsağın, şəkərin, qəhvənin, meyvə şirəsinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2023-cü ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 103,1 faiz təşkil edib.
Cari ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 104,0 faiz olub. Noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən ucuzlaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində, bahalaşma isə mənzillərin icarə haqlarında müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb