Elm və təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsillə bağlı əsas hədəflərini açıqlayıb.
YeniAvropa xəbər verir ki, o, bu barədə "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı danışıb.
Nazir bildirib ki, məktəbəqədər təhsilə uşaqların cəlbi və əhatəliliyinin artırılması əsas hədəflərdəndir: "Hazırda bu göstərici 37 %-dir, halbuki digər inkişaf edən ölkələrdən geri qalırıq. Amma yaxşı hal odur ki, istiqamət olaraq bu rəqəmi 16 %-dən 37%-ə yüksəltmək də yaxşı nəticədir. Bunun 37 %-nin yarısı da alternativ məktəbəqədər təhsil modelləri ilə həll olunur".