logo

Sabah Bakıda arabir yağış yağacaq,11° isti olacaq

14:44 10-12-2023 | icon 665
Sabah Bakıda arabir yağış yağacaq,11° isti olacaq

Azərbaycanda dekabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 8-11° isti olacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 8-13° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacağı bildirilir.