logo

İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı

12:52 09-12-2023 | icon 1687
İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı

Bu gün futbol üzrə Türkiyə Superliqasında XV turun daha üç oyunu keçiriləcək.

YeniAvropa xəbər verir ki,  turun mərkəzi qarşılaşmasında “Fənərbaxça” “Beşiktaş”ın qonağı olacaq. “Tüpraş” stadionunda reallaşacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Atilla Karaoğlan idarə edəcək.

Superliqanın XV həftəsinin ilk matçında "Qalatasaray" doğma meydanda "Adana Dəmirspor"u qəbul edib. 3-1 hesabı ilə başa çatan qarşılaşmada “cim-bom” çempionluq yolunda 3 xal qazanıb. Bununla da bir oyun artıq keçirən “Qalatasaray” maksimum nəticə (40 xal) ilə turnir cədvəlində lider olub.