Zəlzələdən sonra Kardiologiya İnstitutuna müraciətlərin sayı artıb
“Dekabrın 7-də baş verən zəlzələdən sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciətlərin sayında artım qeydə alınıb. Belə hadisələr zamanı qəfləti miokard infarktına, ürək damarlarında koronar spazmaya gətirib çıxaran stress hallarının, hipertonik krizlərin, fobiyaların kəskin artması müşahidə olunur".
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında institutun direktoru, professor Gülnaz Dadaşova deyib.
Müraciət edənlərin yaş qrupları barəsində məlumat verən G.Dadaşova onların arasında tələbələrin də olduğunu deyib. "İnstitut 18 yaşdan yuxarı vətəndaşlara tibbi xidmət göstərir. Zəlzələdən sonra müxtəlif yaş qruplarından çoxsaylı müraciətlər qeydə alındı. Onlar arasında tələbələr, yaşlı insanlar, ürək, beyin patologiyalarından, şəkərli diabetdən əziyyət çəkənlər var idi. İndiyə qədər təzyiqdən şikayət etməyənlərdə təzyiqin artması müşahidə olunmuşdu. Hətta şəkərli diabeti olmayanlarda həmin xəstəliyin yaranması qeydə alınıb”, – deyib.
G.Dadaşova bildirib ki, səhiyyənin bu qədər innovativ yenilikləri olmasına baxmayaraq, bütün dünyada ürək-damar xəstəlikləri həm ölüm, həm də əlilliyə gətirib çıxaran bir nömrəli qlobal patologiyadır. Hətta COVID- 19-un tüğyan elədiyi dövrlərdə də göstəricilər dəyişmədi. Bu da ürək-damar sistemi xəstəliklərinin nə qədər ciddi problem olduğunu göstərir.
"Patologiyaların sayının artmasında bizdən asılı olmayan səbəblər də var. Ətraf mühit hadisələri, ekoloji amillər, stress faktorları, fors-major hallar, düzgün qidalanmamaq, zərərli vərdişlər, energetik içkilər burada rol oynayır. Bizdən asılı olan səbəbləri aradan qaldırmaq üçün maarifləndirici tədbirlər keçirir, əhalini, xüsusilə də gəncləri zərərli vərdişlərdən, energetik içki qəbulundan çəkindirməyə çalışırıq", - deyə institut direktoru bildirib.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır