logo

2024-cü ildə ilk iş günü yanvarın 7-dən başlayacaq

11:11 09-12-2023 | icon 5712
2024-cü ildə ilk iş günü yanvarın 7-dən başlayacaq

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

YeniAvropa xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il yanvarın 4 və 5-də iş günləri ilə müvafiq olaraq 2023-cü il dekabrın 30-u və 2024-cü il yanvarın 7-si istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il dekabrın 30-u şənbə, 2023-cü il dekabrın 31-i və 2024-cü il yanvarın 7-si tarixləri bazar günlərinə təsadüf edir.

Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 2023-cü il dekabrın 31-i, 2024-cü il yanvarın 1, 2, 3, 4, 5 və 6-sı qeyri-iş günü olacaq.

Yeni ilin ilk iş günü isə yanvarın 7-dən başlayacaq.