logo

Putin 5-ci dəfə prezident seçkilərində iştirak edəcək

15:35 08-12-2023 | icon 4606
Putin 5-ci dəfə prezident seçkilərində iştirak edəcək

Vladimir Putin Rusiyada 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak eedəcək.

YeniAvropa  "TASS" agentliyinə istinadla xəbər verir ki, bunu Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətdə iştirak edən mənbə jurnalistlərə açıqlamasında deyib.

Putinin dövlət başçısı kimi səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. O, beşinci dəfə prezidentliyə namizədliyini irəli sürür və seçkilərdə qalib gəlsə, daha altı il - 2030-cu ilədək dövlət başçısı postunu tutacaq.

Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.