İcbari tibbi sığorta ilə 3 ildə 32 mindən artıq öd kisəsi xaric edilib
Öd daşı xəstəliyinin cərrahi müalicəsi laparoskopik və açıq metodla həkim-ümumi cərrah tərəfindən ümumi anesteziya altında aparılır. Hər iki üsulla icra edilən əməliyyat icbari tibbi sığorta tərəfindən qarşılanır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən YeniAvropa-ya bildirilib ki, 2021-ci ildən cari ilin oktyabr ayınadək icbari tibbi sığorta çərçivəsində 32 473 xolesistektomiya (öd kisəsinin xaric edilməsi) əməliyyatı aparılıb. Onlardan 17 290-nı laparoskopik, 15 183-ü açıq üsulla icra olunub. Öd kisəsinin xaric edilməsi qarın boşluğunda ən çox icra edilən əməliyyatlardan biridir.
Qeyd edək ki, xəstəliyin xüsusiyyətindən, yanaşı patologiyanın izlənməsindən və ümumi sağlamlıq vəziyyətindən asılı olaraq hər bir xəstəyə fərdi yanaşılaraq optimal cərrahi üsul seçilir. Öd daşı xəstəliyinin ağırlaşmış formaları və öd kisəsinin bəzi xəstəlikləri əməliyyat üçün əsas göstərişdir.
Əməliyyatdan əvvəl xəstə aşağıdakı kompleks tibbi müayinədən keçir:
∙ Qaraciyər, öd yolları və mədəaltı vəzinin ultrasəs müayinəsi;
∙ Qanın kliniki və biokimyəvi analizi, qanın laxtalanması;
∙ Elektrokardioqrafiya (EKQ);
∙ Döş qəfəsi orqanlarının flüoroqrafiyası və ya rentgenoqrafiyası;
∙ İnsan immunçatışmazlığı virusu (İİV), sifilis, hepatit B və C infeksiyalarının yoxlanılması.
Tibbi göstəriş olduqda qarın boşluğunun KT və MRT müayinəsi, oral xolesistoqrafiya, xolangioqrafiya kimi rentgenoloji müayinələr də təyin edilə bilər. Bu instrumental müayinələr xidmətlər zərfinə daxildir.
Laparoskopik xolesistektomiya orta hesabla təqribən 40 dəqiqə davam edir. Ağırlaşma olmadıqda xəstə növbəti gün evə buraxılır. Əməliyyatdan təqribən 9 gün sonra tikişlər tibb müəssisəsində sökülür.
Sözügedən əməliyyatdan əvvəl aparılan həkim konsultasiyası, laborator və instrumental müayinələr, anesteziya, reanimasiya, stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman/tibbi sərf, qan və qan komponentləri, yatış müddətində qidalanma, 12 yaşa qədər uşaqlarda müşayiət edən şəxsin qidalanması sığorta tərəfindən tam qarşılanır.
Agentlikdən bildirilib ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.
İcbari tibbi sığortanın xidmətlər zərfi ilə təminata alınmış xidmətlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Bu gün Çempionlar Liqasının yeni formatda I turuna start veriləcək
Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək
Yeni tədris ilində 1 milyon 620 mindək şagird təhsil alacaq
Mehriban Əliyeva məktəbliləri təbrik edib
Bakı-Xocalı-Xankəndi-Şuşa ilk avtobus reysi yola salınıb
Paytaxtdakı 7B nömrəli avtobusun marşrutu dəyişdirilib
32 ildən sonra Xocalı məktəbində ilk zəng çalınıb
MSK Milli Məclisə seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərdi
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq, 27° isti olacaq
Milli Məclisə seçkilərdə 20 məntəqənin nəticələri etibarsız sayılıb
Avropa komissarı istefa verib
Türk dünyası arxeoloqları Şuşaya toplaşıblar
Azərbaycanın turizm potensialı Vyanada nümayiş olunub
100-dən artıq şəxsi "işə düzəldən" dələduzlar saxlanılıblar
32 ildən sonra Şuşada ilk dərs günü
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb
Paytaxtın bir hissəsində bu gün su olmayacaq
Azərbaycanda yeni tədris ili başlayıb
Nikol Paşinyan bu gün Gürcüstana səfər edəcək
"Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibləri mükafatlandırılıblar
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Sabah Bakıda 29° isti olacaq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
Türkiyə XİN-i Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə xalqımızı təbrik edib
İlham Əliyev "Formula 1"in prezidentini qəbul edib