logo

Danimarkada Quranın yandırılması qadağan edilib

09:29 08-12-2023 | icon 2331
Danimarkada Quranın yandırılması qadağan edilib

Danimarka parlamenti Quranın və digər müqəddəs kitabların ictimai şəkildə təhqir edilməsini qadağan edən Qanuna dəyişiklik edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, qərardan əvvəl İsveçin mövqeyinin bəzi millət vəkilləri tərəfindən nümunə kimi göstərildiyi iclasda üç saatdan çox davam edən müzakirələr aparılıb.

“İndi hesab 1:0 islamçıların xeyrinədir”, – deyə Danimarka demokratları partiyasının lideri İnger Stoyberq bildirib.

O, bir sıra digər müxalif siyasətçilərlə birlikdə, Qanunun dəyişdirilməsi ilə Danimarkanın bu ölkənin dəyərlərini bölüşməyən insanlar və ölkələr tərəfindən təhdid altında fəaliyyət göstərdiyini hesab edir.

Danimarkanın üçpartiyalı hökuməti avqust ayında "ictimai yerlərdə dini kitablarla uyğunsuz rəftar" adlandırdığı hərəkətlərin qadağan olunması təklifi ilə çıxış edib. Səbəb Danimarkada Quranın yandırılması olub ki, bu da ölkədə təhlükəsizliklə bağlı vəziyyəti daha da pisləşdirib. Müzakirələrdən sonra Qanun 94 lehinə və 77 əleyhinə səslə qəbul edildi. Zala toplaşanlar arasında həm İsveçdə, həm də Danimarkada Quranı yandırmaqla məşhur ifrat sağçı siyasətçi Rasmus Poludan da olub.