Bu il Türkiyəyə gələn turistlərin sayı 50 milyonu ötüb
Dekabrın 7-də Antalyada 13-cü Beynəlxalq Kurort Turizm Konqresi öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, tədbirdə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Ersoy ölkədə turizm sahəsində görülən işlərdən danışıb. Nazir cari ilin yanvar-oktyabr aylarında Türkiyəni ziyarət edənlərin sayının 50,2 milyon nəfərdən artıq olduğunu bildirib. O deyib: “Türkiyəyə tətil üçün gələnlərin sayı bu 10 ay ərzində, əvvəlki ilin eyni dövrünə nisbətən 11,58 faiz artıqdır. Turizm gəlirləri baxımından isə, cari ilin yanvar-sentyabr aylarında 42 milyard dollar gəlir əldə edilib. Keçən ilin eyni müddətində əldə edilmiş 35 milyard dollarlıq gəlir ilə müqayisədə, 20 faizlik artım müşahidə olunur”.
Türkiyənin turizmdə dünyanın super liqasında olduğuna diqqət çəkən nazir M.Ersoy, 2028-ci ildə hədəflərinin çox yüksək olduğunu deyib.
Nazir Türkiyənin geosiyasi mövqeyinə görə keçmişdə olduğu kimi bu gün də böhranlar, regional münaqişələr, müharibələr, təbii fəlakətlər və qlobal problemlərlə üzləşdiyini bildirib. Qlobal və regional böhranlara qarşı toxunulmazlığı artırmaq, turistləri Türkiyəyə cəlb etmək və turizm gəliri hədəflərini yüksəltmək məqsədilə 2019-cu ildə Türkiyə Turizm Təbliğ və İnkişaf Agentliyinin (TGA) yarandığını xatırladan M.Ersoy qurumun bir çox uğurlu layihəyə imza atdığıni bildirib.
Onun sözlərinə görə, ilin əvvəlindən etibarən 85 müxtəlif ölkədən mətbuat nümayəndəsi, influencer və turoperatoru - ümumilikdə 6257 nəfər Türkiyənin 73 şəhərində keçirilən 424 müxtəlif tədbirlərdə iştirak edib. Bu müddət ərzində yalnız Antalyada 75 fərqli ölkədən təxminən 1680 nəfər qonaq olub.
2021-ci ildə İstanbulun Beyoğlunda başladılan Mədəniyyət Yolu Festivalı layihəsinə çoxlu sayda insanın qoşulduğunu bildirən nazir M.Ersoy, bildirib ki, bu il “Cümhuriyyətin 100-cü ilində 100 gündə 11 festival” şüarı ilə yeni layihəyə start verilib.
Bu gün Çempionlar Liqasının yeni formatda I turuna start veriləcək
Türk dünyasının gənc yazarlarının Bakı forumu keçiriləcək
Yeni tədris ilində 1 milyon 620 mindək şagird təhsil alacaq
Mehriban Əliyeva məktəbliləri təbrik edib
Bakı-Xocalı-Xankəndi-Şuşa ilk avtobus reysi yola salınıb
Paytaxtdakı 7B nömrəli avtobusun marşrutu dəyişdirilib
32 ildən sonra Xocalı məktəbində ilk zəng çalınıb
MSK Milli Məclisə seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərdi
Sabah Bakıda yağış yağacaq,şimşək çaxacaq, 27° isti olacaq
Milli Məclisə seçkilərdə 20 məntəqənin nəticələri etibarsız sayılıb
Avropa komissarı istefa verib
Türk dünyası arxeoloqları Şuşaya toplaşıblar
Azərbaycanın turizm potensialı Vyanada nümayiş olunub
100-dən artıq şəxsi "işə düzəldən" dələduzlar saxlanılıblar
32 ildən sonra Şuşada ilk dərs günü
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb
Paytaxtın bir hissəsində bu gün su olmayacaq
Azərbaycanda yeni tədris ili başlayıb
Nikol Paşinyan bu gün Gürcüstana səfər edəcək
"Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibləri mükafatlandırılıblar
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Sabah Bakıda 29° isti olacaq
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
Türkiyə XİN-i Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə xalqımızı təbrik edib
İlham Əliyev "Formula 1"in prezidentini qəbul edib