logo

UEFA Region Kuboku: Azərbaycan təmsilçisinin rəqibləri bəlli olub

18:19 07-12-2023 | icon 1659
UEFA Region Kuboku: Azərbaycan təmsilçisinin rəqibləri bəlli olub

UEFA Region Kubokunda 2024-2025-ci illər mövsümünün püşkü atılıb.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanı təmsil edəcək komanda mübarizəyə ilkin mərhələdən başlayacaq. Komanda B qrupunda İsveç və Gürcüstan klubları ilə mübarizə aparacaq.

Bu mərhələnin oyunları 2024-cü il iyulun 31-dək keçiriləcək. Qrup qalibi əsas mərhələdə İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq.

Qeyd edək ki, Azərbaycanı turnirdə AFFA Region Liqasının 2023-2024-cü illər mövsümünün qalibi təmsil edəcək.