logo

ABŞ və Ukrayna müdafiə nazirləri gələn ilin əməliyyatları planını müzakirə ediblər

16:52 07-12-2023 | icon 2128
ABŞ və Ukrayna müdafiə nazirləri gələn ilin əməliyyatları planını müzakirə ediblər

Ukraynanın müdafiə naziri Rustem Umerov və Pentaqonun başçısı LLoyd Ostin Ukraynanın 2024-cü il üçün əməliyyatlarının planını müzakirə ediblər.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində məlumat yerləşdirilib.

“Tərəflər Ukraynanın 2024-cü il üçün strateji hədəflərini və əməliyyatlar planını, həmçinin müdafiə sahəsində əməkdaşlığın inkişafı, hərbi-sənaye kompleksinə investisiyaların cəlb olunması məsələlərini müzakirə ediblər.

Ukraynanın müdafiə naziri qeyd edib: “Ukrayna və Amerika hökumətləri, habelə şirkətləri arasında Ukraynada istehsalın lokallaşdırılması, aktual tələbatlar və ölkələrimizin imkanları, əməkdaşlığın genişləndirilməsi perspektivləri, investisiyalar və birgə müəssisələrin inşası üzrə açıq dialoq aparıldı”.

Bundan başqa, nazirlər ABŞ tərəfindən Ukraynanın dəstəklənməsinin davam etməsini də müzakirə ediblər. Umerov ümidvar olduğunu bildirib ki, 2024-cü il üçün maliyyələşdirmə qəbul ediləcək.

Məlumatda deyilir: “Hava hücumundan müdafiənin gücləndirilməsi xüsusi diqqət mərkəzində olub. Bu, xüsusən qış mövsümünə aiddir”,-deyə məlumatda qeyd edilib.

Rustem Umerov və Pentaqonun başçısı LLoyd Ostin, həmçinin Ukrayna ordusunun NATO standartları üzrə hazırlığı və istehkam tikililərinin inşası məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak və müdafiə naziri Rustem Umerovun rəhbərlik etdikləri nümayəndə heyəti Birləşmiş Ştatlara səfər çərçivəsində ABŞ qanunvericiləri, məmurlar və biznesmenlərlə görüşlər keçirirlər.