logo

Böyük Britaniya Azərbaycana 35 milyard dollar sərmayə yatırıb

10:50 07-12-2023 | icon 784
Böyük Britaniya Azərbaycana 35 milyard dollar sərmayə yatırıb

1995-ci ildən 2023-cü ilin 6 ayına qədər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından Azərbaycana yatırılan investisiyanın 33 milyard dolları enerji sahəsinə aiddir.

YeniAvropa xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının 6-cı iclasında deyib.

O bildirib ki, qeyd edilən dövrdə ümumilikdə 35 milyard dollar dəyərində investisiya yatırılıb.

Nazir qeyd edib ki, Azərbaycandan isə Birləşmiş Krallığa 2 milyard dollar dəyərində investisiya yatırılıb.

“Böyük Britaniyadan idxal olunan əsas məhsullar avadanlıq, nəqliyyat vasitələri, qara metallar, əczaçılıq və kimya məhsullarıdır. Halbuki Azərbaycan Böyük Britaniyaya əsasən xam neft, gübrə və müxtəlif avadanlıqlar ixrac edir. İnvestisiya mühiti ölkəmizdə ciddi şəkildə təkmilləşir. Ölkəmizdə investisiya mühitinin təkmilləşdiyini nəzərə alsaq, investisiyaların daha da artacağını gözləyirik. Birləşmiş Krallıq Azərbaycanın ən böyük xarici investorudur”, - deyə nazir əlavə edib.

Nazir həmçinin vurğulayıb ki, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq siyasi, iqtisadi, humanitar sahədə zənginləşərək güclənir ki, bu da yeni imkanlar açacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın