logo

Zəlzələ ilə bağlı təcili tibbi yardıma müraciət daxil olmayıb-TƏBİB

09:55 07-12-2023 | icon 4487
Zəlzələ ilə bağlı təcili tibbi yardıma müraciət daxil olmayıb-TƏBİB

Bu gün səhər saatlarında Xəzər dənizində baş verən 5.6 maqnitudalı zəlzələ ilə əlaqədar bu ana olan məlumata görə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə heç bir müraciət daxil olmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən bildirilib. 

Xatırladaq ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Təkanlar Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 68 km olub.