logo

Zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib

09:33 07-12-2023 | icon 854
Zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib

Bu gün səhər saatlarında baş vermiş zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib.

"Bakı Metropoliteni" QSC-dən YeniAvropa-ya bildirilib ki, qatarlar normal qrafik üzrə hərəkət edir, qurğu və avadanlıqlar işlək vəziyyətdədir.

"Bakı Metropoliteni" QSC rəhbərliyinin tapşırığına uyğun olaraq, metropoliten infrastrukturuna daxil olan bütün qurğu və avadanlıqlara, xüsusən yerüstü sahələrə, o cümlədən elektrik depolarının infrastrukturuna və yol təsərrüfatlarına növbədənkənar baxış keçirilir.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.