logo

SOCAR prezidenti Çin enerji şirkətinin prezidenti ilə görüşüb

20:10 06-12-2023 | icon 805
SOCAR prezidenti Çin enerji şirkətinin prezidenti ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti Qiao Xubin ilə görüşüb.

YeniAvropa  SOCAR-ın yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycanın “yaşıl” enerji potensialının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr, quruda və dənizdə külək enerjisi ilə bağlı potensial imkanlar, həmçinin SOCAR-ın korporativ strategiyası, bu xüsusda enerji keçidi, rəqəmsallaşma və innovasiya sahələrində görülən işlər barədə məlumat verilib.

Görüş çərçivəsində, həmçinin Çinin aparıcı beynəlxalq şirkətlərindən biri olan “China Energy International Group Co. Ltd" şirkətinin dünyanın müxtəlif ölkələrində “yaşıl” enerji və aşağı karbonlu enerji sahəsində çoxşaxəli fəaliyyət göstərdiyi qeyd olunub.

Tərəflər cari ilin iyun ayında SOCAR ilə “China Energy International Group Co.Ltd” şirkəti arasında imzalanan Əməkdaşlığa dair Sazişin əhəmiyyətindən bəhs edib, görüləcək işlər və gələcək hədəfləri nəzərdən keçirib, yaşıl hidrogen daxil olmaqla bərpa olunan enerji mənbələrinin inkişafı, təcrübə mübadiləsinin təşkili, texniki və maliyyə cəhətdən rentabelli layihələrin reallaşdırılması imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.