logo

Sabah Bakıda Azərbaycan Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

15:15 06-12-2023 | icon 3388
Sabah Bakıda Azərbaycan Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Dekabrın 7-də Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçiriləcək.

Energetika NazirliyindənYeniAvropa-ya bildirilib ki, iclasda iki ölkə arasında biznes mühiti, enerji keçidi, səhiyyə, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offorddur.