Proqnoz:2024-cü ilin qışı rekord dərəcədə isti keçəcək
Avrasiyanın orta enliklərində və dünyanın əksər hissəsində rekord dərəcəli yüksək temperatur yaranacaq.
YeniAvropa Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutunun mətbuat xidməti məlumat yayıb.
Çindən olan iqlimşünaslar, 2023-2024-cü ilin qışında Yer kürəsindəki orta temperaturun rekord dərəcədə yüksək olacağını, son onilliklərdəki göstəriciləri təxminən 95 faiz ehtimalla bir dərəcə selsi üstələyəcəyini müəyyən ediblər.
“Yer səthinin ümumi qlobal istiliyinin 95 faiz ehtimalla 2023-2024-cü ilin qışında yeni rekord göstəriciyə çatacağı gözlənilir. Çin Xalq Respublikasında (ÇXR) temperatur xüsusilə artacaq, bu bölgədə 1991-ci ildən bəri ən isti qış olacaq", – deyə İnstitutun mətbuat xidməti qeyd edib.
İqlimşünasların cari hesablamalarına görə, son 12 aydakı temperatur XX əsrin əvvəlləri üçün xarakterik göstəricilərdən 1,25 dərəcə Selsi və daha yüksək olub.
Alimlərin fikrincə, bu rekord göstəricilər təkcə sürətlənən antropogen qlobal istiləşmə ilə deyil, həm də El Nino iqlim fenomeninin aktivləşməsi ilə əlaqələndirilir. Elm adamlarının üç fərqli qlobal iqlim modelindən istifadə edərək kəşf etdikləri bu fenomen 2023-2024-cü ilin qışının 95 faiz ehtimalla rekord dərəcədə isti keçməsinə səbəb olacaq.
Xüsusilə, isti temperatur böyük ehtimalla Arktikada sənayeyəqədərki göstəricilərdən 1,2-1,4 dərəcə yüksək olacaq, həm də bu göstəricilərin normadan 1,1-1,2 dərəcə yüksək olacağı Çin və Orta Asiya ölkələrində xüsusilə artacaq. Eyni şəkildə, Kanada və Alyaskada, eləcə də Cənubi və Mərkəzi Amerikanın Ekvatorial bölgələrində, eləcə də Cənubi Afrika və Avstraliyanın şimal-qərbindəki bəzi bölgələrdə temperatur yüksələcək.
Bununla belə, qış fəslində temperatur Qərbi Avropada, Avropanın bəzi bölgələrində və Rusiyanın Uzaq Şərq hissəsində, eləcə də ABŞ və Argentinada aşağı qalmaqda davam edəcək və ya hətta əhəmiyyətli dərəcədə azalacaq. Bu, həmçinin Sakit okean və planetin El Nino ilə əlaqəli digər bölgələri üzərində hava kütlələrinin hərəkətindəki dəyişikliklərlə əlaqədardır.
Dubaydan gətirilən qızıl külçələri ölkəyə keçirən gömrükçülərin məhkəməsi başlayır
Piyada keçidinin tikintisinə görə Hava Limanı-Mərdəkan yolu bağlanacaq
AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa nə vaxt götürüləcək?
Daha bir cüdoçumuz Avropa çempionu olub
Göyçayda atasını döyərək öldürən oğulun məhkəməsi başlayır
İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
“Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası keçirilib
Şuşada "Vüqar Həşimov Memorialı-2024" turniri keçiriləcək
2024-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü
Ukraynaya daha güclü "F-16" donanması lazımdır-Zelenski
Sabah Bakıda 29° isti olacaq
Stoltenberq NATO ölkələrini Kiyevə daha çox hərbi yardım etməyə çağırıb
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş direktoru ilə görüşüb
Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır-İlham Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş hazırlığını yoxlayıb
İtaliyada 50-ci yubiley Çernobbio Forumu keçirilir
Bakıda “Hüquq və iqlim” adlı beynəlxalq konfrans keçirilir
"Formula 1" Azərbaycan Qran-Prisinin Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
DİM 500-ə yaxın şagird üçün əlavə imtahan keçirəcək
Azərbaycan nefti 78,33 dollara satılır
Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Azərbaycanın iki qadın cüdoçusu Avropa çempionu olub
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb