logo

Paytaxt sakini “Kalaşnikov” avtomatı ilə saxlanılıb

14:14 02-12-2023 | icon 1260
Paytaxt sakini “Kalaşnikov” avtomatı ilə saxlanılıb

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən YeniAvropa-ya bildirilib ki,Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən növbəti tədbiri nəticəsində əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü paytaxt sakini Rasim Rəhimov Nizami rayonu ərazisində saxlanılıb. Həmin şəxsdən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb.

Araşdırma zamanı izahatı alınan R.Rəhimov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.