logo

COP28: 20 ölkə nüvə enerjisini üç dəfə artırmağa çağırıb

13:53 02-12-2023 | icon 1316
COP28: 20 ölkə nüvə enerjisini üç dəfə artırmağa çağırıb

Dubayda keçirilən COP28 İqlim Sammitində iyirmiyə yaxın ölkə, o cümlədən ABŞ və Birləşmiş Ərəb Əmirlikləri birgə bəyannamədə 2050-ci ilədək dünyada nüvə enerjisinin gücünü 2020-ci il ilə müqayisədə üç dəfə artırmağa çağırıblar. Məqsəd indiki iqlim sammiti ilə eynidir: kömürdən və qazdan asılılığı azaltmaq.

YeniAvropa xəbər verir ki, bəyanat ABŞ-ın iqlim məsələləri üzrə elçisi Con Kerri tərəfindən verilib. Bolqarıstan, Kanada, Finlandiya, Qana, Macarıstan, Yaponiya, Cənubi Koreya, Moldova, Monqolustan, Mərakeş, Niderland, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, İsveç, Ukrayna, Çexiya və Böyük Britaniya nüvə enerjisinin gücünün artırılması barədə bəyannaməni imzalayan ölkələr siyahısındadır. “Bəyannamədə 2050-ci ilədək karbon neytrallığına nail olunmasında və hədəfə çatmaqda (istiləşmənin Selsi şkalası üzrə 1,5 dərəcə məhdudlaşdırılması) nüvə enerjisinin başlıca rolu təsdiq edilir”, - deyə sənəddə bildirilir.

Con Kerri Dubay sammitində deyib: “Biz elmə, faktlara və dəlillərə əsaslanaraq başa düşürük ki, nüvə enerjisi olmadan, 2050-ci ilədək karbon neytrallığına nail ola bilməyəcəyik”.

Rumıniya prezidenti izah edib ki, “nüvə enerjisi onun ölkəsi üçün “enerji təhlükəsizliyinə və karbonsuzlaşdırmaya kömək edən sabit enerji mənbəyidir”.

Razılaşmanı imzalayan ölkələr də Dünya Bankı kimi beynəlxalq maliyyə təsisatlarının səhmdarlarını nüvə enerjisini öz maliyyələşdirmələrinə daxil etməyə çağırırlar.

Ekspertlər modul və praktik olaraq istixana qazı ayırmayan nüvə enerjisini faydalı və zəngin elektrik enerjisi istehsalının tayı-bərabəri olmayan vasitə kimi nəzərdən keçirirlər. Digər tərəfdən, ətraf mühitin bəzi müdafiəçiləri isə uzunmüddətli perspektivdə qəza risklərini, tullantı problemini və hətta nüvə enerjisinin dəyərini vurğulayırlar.