logo

Ərdoğan Dubaya BMT-nin "COP28" sessiyasına yola düşüb

14:34 30-11-2023 | icon 2002
Ərdoğan Dubaya BMT-nin "COP28" sessiyasına yola düşüb

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, R.T.Ərdoğan  Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında iştirak edəcək.

Rəcəb Tayyib Ərdoğanın tədbirdə Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə atdığı addımlar haqqında çıxışı nəzərdə tutulub. Onun bəzi liderlərlə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.