logo

Bu gün "Qarabağ" Norveçdə həlledici oyununa çıxır

11:11 30-11-2023 | icon 1141
Bu gün "Qarabağ" Norveçdə həlledici oyununa çıxır

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində həlledici oyuna çıxacaq.

YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi H qrupundakı beşinci matçında Norveçdə "Molde"nin qonağı olacaq. "Aker" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı belçikalı Erik Lambrexts idarə edəcək.

Dörd turdan sonra "Qarabağ" 6 xalla qrup ikincisidir. Eyni xala malik "Molde" isə üçüncü pillədə qərarlaşıb. "Köhlən atlar" səfər matçında qalib gələcəyi halda, Avropa Liqasında ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanacaq. Əks-təqdirdə, bütün suallara son turda aydınlıq gələcək.

Qrupun digər matçında isə Almaniya "Bayer"i İsveçdə "Hekken"in qonağı olacaq.

UEFA Avropa Liqası

Qrup mərhələsi, V tur

30 noyabr

00:00. "Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Erik Lambrexts (Belçika)

Molde, "Aker" stadionu.

Xal durumu: "Bayer" - 15, "Qarabağ" - 6, "Molde" - 6, "Hekken" – 0.