logo

4 güləşçimiz hərbçilər arasında dünya çempionu olub

18:48 29-11-2023 | icon 847
4 güləşçimiz hərbçilər arasında dünya çempionu olub

Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında 4 idmançımız qızıl medal qazanıb.

YeniAvropa xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov final görüşündə İran pəhləvanını böyük xal fərqi ilə məğlub edərək dünya çempionu olub.

Çempionatda 92 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov həlledici döyüşdə türk rəqibindən üstün olub və ölkəmizə bu yarışda dördüncü qızıl medalı qazandırıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev dünya çempionatında qızıl medal qazanıb. 70 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu final görüşündə iranlı rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər təmsilçimiz – 65 kq çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə isə finalda monqolustanlı rəqibindən üstün olub və dünya çempionu adını qazanıb.