logo

Mərkəzi Bankın ehtiyatları 134,5 milyard dollara çatır- Ərdoğan

15:55 29-11-2023 | icon 1421
Mərkəzi Bankın ehtiyatları 134,5 milyard dollara çatır- Ərdoğan

Türkiyə Mərkəzi Bankının ümumi valyuta ehtiyatları 2014-cü ilin sentyabrından bəri ilk dəfə olaraq 134,5 milyard ABŞ dollarına yüksəlib.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.

“Biz investisiya, məşğulluq, istehsal, ixrac və innovasiyaya yönəlmiş hər bir sahibkarı dəstəkləyirik. Ötən həftə Mərkəzi Bankımız bu məqsədlə mühüm qərar qəbul edib. Yeni investisiya öhdəliyi avans kredit proqramına illik 100 milyard türk lirəsi limiti ayrıldı. Proqram çərçivəsində 3 il müddətinə cəmi 300 milyard lirə limit ayrılacaq. Beləliklə, investorlar çox əlverişli şərtlərlə maliyyələşməyə çıxış imkanı əldə edəcəklər. Bundan əlavə, ixracatçılarımız üçün gündəlik diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) kredit limitlərini 10 dəfə artıraraq 3 milyard lirəyə çatdırdıq. Biz təkcə bunlarla kifayətlənmirik, parlamentə təqdim etdiyimiz yeni qanun layihəsində ixracın dəstəklənməsindən başlayaraq, valyuta gətirən bizneslərin təşviqinə qədər bir çox tənzimləmələr yer alır. Xaricdə şirkət quran sahibkarlarımızı qazanclarını ölkəmizə gətirməyə təşviq edən yeni qaydalar tətbiq edəcəyik”, - deyə Türkiyə prezidenti qeyd edib.