Qırğızıstan parlamentinin deputatları respublikanın dövlət bayrağının dizaynının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul ediblər.
YeniAvropa xəbər verir ki, Qırğızıstan parlamentində keçirilən səsvermədə 66 deputat qanun layihəsinin lehinə, 8 nəfər isə əleyhinə səs verib.
“Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi noyabrın 28-də parlamentin Konstitusiya qanunvericiliyi, hökumət strukturu, məhkəmə-hüquq məsələləri və reqlament komitəsinin üzvləri tərəfindən təsdiqlənib.
Xatırladaq ki, Qırğızıstanın dövlət bayrağının hazırkı variantı 1992-ci ilin mart ayında parlament tərəfindən qəbul edilib və dizaynı indiyədək dəyişməyib.
Qeyd edək ki,Qırğızıstanın dövlət bayrağının yeni versiyasında Günəşin sacaqları indiki kimi əyri yox, düz şəkildədir.