logo

UEFA Çempionlar Liqası: Bu gün 1/8 finalın daha üç iştirakçısı bəlli olacaq

10:30 29-11-2023 | icon 833
UEFA Çempionlar Liqası: Bu gün 1/8 finalın daha üç iştirakçısı bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.

YeniAvropa xəbər verir ki, son oyun günündə səkkiz qarşılaşma keçiriləcək.

A qrupunda Türkiyənin "Qalatasaray"ı İstanbulda İngiltərənin "Mançester Yunayted"ini, Almaniya “Bavariya”sı isə Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək.

Bu gün oynanılacaq matçlardan sonra İngiltərənin "Arsenal", İtaliyanın "Napoli" və Niderlandın PSV klubları 1/8 finala vəsiqəni rəsmiləşdirə bilərlər.