logo

Respublika fənn olimpiadaları keçiriləcək

10:10 29-11-2023 | icon 4319
Respublika fənn olimpiadaları keçiriləcək

Gələn ay "Kapital Bank"ın baş sponsorluğu ilə Respublika fənn olimpiadaları(RFO) təşkil ediləcək. 

YeniAvropa xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, RFO-nun rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 16-da (8-9-cu siniflər) və 17-də (10-11-ci siniflər), digər fənlər üzrə isə dekabrın 24-də əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.

Respublika fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini yükləyə və çap edə bilərlər.

Buraxılış vərəqələrinin “Şəxsi kabinet” vasitəsilə əldə olunması ilə bağlı yaranan hər hansı çətinliklə əlaqədar +994 50 791 46 31 nömrəsinə vatsap üzərindən problemin ətraflı təsvirini yazaraq müraciət etmək mümkündür.

Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.