logo

Azərbaycanla Türkmənistan “Dostluq” yatağının birğə istismarını müzakirə edib

22:27 28-11-2023 | icon 847
Azərbaycanla Türkmənistan “Dostluq” yatağının birğə istismarını müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Türkmənistanda keçirdiyi görüşlərdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, potensial birgə layihələr, enerji tərəfdaşlığının gücləndirilməsi müzakirə olunub.

YeniAvropa İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Türkmənistana işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bir sıra görüşlər keçirib.

Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşdə ölkələrimizin ikitərəfli, regional və beynəlxalq müstəvidə əməkdaşlığının güclənməsi istiqamətində həyata keçirilən işlər və onların səmərəli nəticələri barədə müzakirə aparılıb. İki ölkənin malik olduğu zəngin potensial və resurslara uyğun olaraq, tərəfdaşlığın şaxələndirilməsi üçün əlverişli imkanlar qeyd edilib. Mərkəzi Asiya ölkələri arasında ən çox Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin olması vurğulanıb, humanitar, nəqliyyat-tranzit, limanlararası əməkdaşlıq, həmçinin Türkmənistandan Azərbaycana elektrik enerjisinin ixracı imkanları müzakirə edilib.

Türkmənistana işgüzar səfər çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin Nazirlər Kabinetinin sədrinin müavini Batır Amanov və həmkarları ilə görüşdə qeyd edilib ki, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın gələcək inkişafı üçün yaxşı perspektivlər var. Azərbaycan-Türkmənistan əməkdaşlığının əsas istiqamətlərindən olan həmin sektorda artıq möhkəm əlaqələr qurulub. Birgə görüşdə ölkələrimizin energetika sahəsində tərəfdaşlığının gündəliyində olan məsələlər müzakirə olunub. Tərəflər enerji mübadiləsi üzrə əməkdaşlığın mövcud vəziyyəti, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı barədə fikir mübadiləsi aparıblar.