SOCAR Özbəkistanda kimyəvi məhsullar istehsal edəcək
Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanda kimyəvi maddələrin və qazma mayelərinin istehsalını həyata keçirməyi planlaşdırır.
YeniAvropa “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin (SC) mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, Özbəkistan Prezidenti 24 yanvar 2022-ci il tarixli PP-99 saylı "Respublikada istehsalın inkişafı və sənaye kooperasiyasının genişləndirilməsi üçün səmərəli sistemin yaradılması tədbirləri haqqında" qərar qəbul edib. Bu sənəddə ölkədə yüksək texnoloji istehsalın inkişafı üçün kompleks sistemin yaradılması və investisiyaların aktiv cəlb edilməsinə, tələb olunan məhsulların geniş spektrinin inkişafına və ixrac potensialının artırılmasına hərtərəfli dəstək verilməsi ilə bağlı vəzifələr müəyyən edilib. Sözügedən sənəddə göstərilən tapşırıqların icrasını təmin etmək məqsədilə, “Uzbekneftegaz” SC Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə Kaşkadərya vilayətində kimyəvi reagentlərin və neft-qaz avadanlıqlarının istehsalının mənimsənilməsi layihəsini həyata keçirir.
Layihə çərçivəsində Özbəkistanda, ölkəyə hal-hazırda idxal hesabına təmin olunan kimyəvi maddələrin və qazma mayelərinin istehsalının təşkil olunması planlaşdırılır. Bundan əlavə, quyuların əsaslı təmiri üçün avadanlıqların işlənib hazırlanması və yataqların işlənməsi və qazma işlərində geniş istifadə olunan qazma və tamponlama məhlulları üçün komponentlərin anbarlarda saxlanması və paylanması xidmətləri də nəzərdən keçiriləcək.
Qeyd edək ki, bu günlərdə Bakıda “Uzbekneftegaz” SC-nin ekspert qrupu ilə "Neftqaz" Elmi-Tədqiqat Layihə İnstitutu (ETLİ) arasında (SOCAR) görüş keçirilib. Görüşdə layihənin ilkin biznes planının hazırlanması məsələləri müzakirə olunub.
Səfər zamanı “Uzbekneftegaz” SC-nin işçi qrupunun üzvləri qazma və tamponlama məhlulları üçün beynəlxalq sertifikat əsasında akkreditə olunmuş sınaq laboratoriyalarının fəaliyyəti ilə tanış olublar. Bu laboratoriya müasir avadanlıqla təchiz olunub və "Neftqaz" Elmi-Tədqiqat İnstitutunun birgə layihəsi çərçivəsində SOCAR Özbəkistanda da analoji laboratoriyanın tikilməsini planlaşdırır.
Danışıqların yekunlarına əsasən, birgə işçi qrupunun üzvləri həmçinin layihənin həyata keçirilməsinin növbəti mərhələləri ilə bağlı məsələləri razılaşdırıblar.
Sahibə Qafarova Tacikistana işgüzar səfərə gedib
Dünya çempionatı: Azərbaycan millisi bürünc medal üçün oynayacaq
Sabah Bakıda 24° isti olacaq
Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
Rafael Nadal karyerasını bitirəcək
COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək
Dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb
Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istədir
AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb
Bakıda “INMerge İnnovasiya Sammiti” keçirilir
3 günlük güclü geomaqnit qasırğası başlanır
Azərbaycan nefti 79,02 dollara satılır
Bakıda "Pre-COP29" tədbiri işə başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Gəncədə "Jiquli" 90 yaşlı piyadanı vuraraq öldürüb
“Azercell” COP29 ərəfəsində “Turist” tariflərini yeniləyib
İlham Əliyev BMT baş katibinin birinci müavinini qəbul edib
Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək
13 boksçumuz Avropa çempionatına yollanır
İlham Əliyev ABŞ prezidentinin baş müşavirini qəbul edib
Dünya çempionatı:Minifutbol millisimiz "pley-off"a vəsiqə qazanıb
“TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib
İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim nazirini qəbul edib
Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentə "yox" dedi
Sabah Bakıda qısamüddətli yağış yağacaq,26° isti olacaq