logo

Cari ildə 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb

18:33 28-11-2023 | icon 2982
Cari ildə 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb

Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12 faizi (35 nəfər) yaşlı insanlar arasında olub.