Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığı müzakirə edib
Aşqabadda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkmənistanın Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Türkmənistan-Azərbaycan biznes-forumu keçirilib.
Nazirlikdən YeniAvropa-ya bildirilib ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, kimya, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 60-a yaxın şirkət nümayəndəsi iştirak edib.
Biznes-forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan və Azərbaycan arasında iqtisadi-ticarət münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, dövlət əmlakının idarə edilməsi, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair mövcud sazişlər davamlı və səmərəli iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin formalaşdırıb. Türkmənistanla ticarət əlaqələrinin təşviqi müsbət nəticələr verir. Dost ölkə ilə investisiya əməkdaşlığı da genişlənir. Qarşılıqlı sərmayə qoyuluşu üçün münbit şərait var. Ticarət və investisiya sektorlarında dayanıqlı müsbət dinamikanın təmin olunması üçün ölkələrimizin işgüzar dairələri qarşılıqlı investisiya layihələrində fəal olmalıdırlar. Perspektivli sahələrdən olan enerji, sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, rəqəmsal transformasiya, Ələt Azad İqtisadi Zonası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər istiqamətlər üzrə tərəfdaşlıq önəmlidir. Forumda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sənaye zonalarının, azad edilmiş ərazilərimizdə iqtisadi reinteqrasiyanın investorlar üçün yaratdığı imkanlar barədə məlumat verilib, Türkmənistan sərmayədarları ölkəmizin biznes fürsətlərindən fəal şəkildə yararlanmağa dəvət olunub.
Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin davamlı inkişafı üçün işgüzar dairələr arasında biznes əməkdaşlığının intensivləşməsinin vacibliyini ifadə edib. Qeyd edilib ki, müxtəlif formatlarda keçirilən görüş və tədbirlər, əldə edilən razılaşmalar işgüzar dairələr arasında tərəfdaşlığın möhkəmlənməsinə, birgə layihələrin gerçəkləşməsinə töhfə verəcək.
Biznes-forumda hər iki ölkənin investisiya iqlimi və biznes imkanlarına dair təqdimatlar keçirilib. Tədbir iş adamları arasında B2B formatında görüşlərlə davam etdirilib.
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb
Paytaxtda qızıl mağazasından oğurluq edən saxlanılıb
Yaxın günlərdə Laçının Sus kəndinə 59 ailə köçürüləcək
Sabah Bakıda 31° isti olacaq
ANAMA-nın 43 yaşlı əməkdaşı Şuşada minaya düşüb
Azər Quliyevin “Sanki yoxsan” filmi Kann festivalında
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
FIFA prezidenti “Qarabağ”ı təbrik edib
Azərbaycan nefti 90,68 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb