logo

Qazaxıstanın iri yataqlarında neft hasilatı 56 faizədək azalıb

16:32 28-11-2023 | icon 1162
Qazaxıstanın iri yataqlarında neft hasilatı 56 faizədək azalıb

Qazaxıstanın Tengiz, Kaşaqan, Karaçaqanak kimi ən iri neft yataqlarında hasilat 56 faizədək azalıb.

YeniAvropa xəbər verir ki, Qazaxıstanın energetika nazirinin müşaviri Şınqıs İlyasov bu barədə jurnalistlərin suallarına cavabında deyib. Onun sözlərinə görə, yaxın zamanlarda da hasilatın azalması müşahidə olunacaq.

“Qazaxıstan Energetika Nazirliyi vəziyyətin nə vaxt normallaşacağı barədə məlumata malik deyil”, - deyə Şınqıs İlyasov əlavə edib.

Xəzər Boru Kəməri Konsorsiumu dünən əlverişsiz hava şəraiti ilə əlaqədar dəniz terminalında neft yüklənməsini dayandırıb və sistemə neft qəbulu məhdudlaşdırılıb. Qazaxıstanın qərbindəki neft yataqlarını və Xəzər şelfindəki Rusiya yataqlarını Novorossiysk limanındakı dəniz terminalı ilə birləşdirən konsorsium hazırda Qazaxıstan neftinin əsas ixrac marşrutudur.