logo

UEFA Avropa Liqası: “Qarabağ”-“Molde” matçının hakimləri bəlli olub

13:53 28-11-2023 | icon 910
UEFA Avropa Liqası: “Qarabağ”-“Molde” matçının hakimləri bəlli olub

UEFA Avropa Liqasının qrup mərhələsində Norveçdə “Molde” və “Qarabağ” komandaları arasında keçiriləcək V tur oyununa təyinatlar açıqlanıb.

YeniAvropa xəbər verir ki, “Molde” stadionunda oynanılacaq qarşılaşma Belçikadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Erik Lamrextsə Jo de Veyrdt və Kevin Monteni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Natan Verbumen yerinə yetirəcək.

VAR hakimi fransalı Benua Miyo, onun köməkçisi isə belçikalı Yan Boterberq olacaq.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.