logo

UEFA Azərbaycan klublarına əlavə vəsait köçürüb

12:52 27-11-2023 | icon 1022
UEFA Azərbaycan klublarına əlavə vəsait köçürüb

UEFA 2022/2023-cü illər mövsümündə avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası) çıxış edən Azərbaycan klublarına əlavə ödəniş edib.

YeniAvropa xəbər verir ki, Avropa futbol qurumu tərəfindən ayrılan vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

Ötən mövsüm Konfrans Liqasında mübarizə aparan komandalardan “Neftçi”yə 106 943 avro, “Qəbələ” və “Zirə” klublarının hərəsinə isə 64 166 avro ödənilib.