logo

AFFA Hakimlər Komitəsinin sədri Avrokubok oyununa təyinat alıb

10:41 27-11-2023 | icon 1099
AFFA Hakimlər Komitəsinin sədri Avrokubok oyununa təyinat alıb

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA-dan yeni təyinat alıb.

YeniAvropa milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsində Norveçdə "Budyo-Qlimt" və İsveçrə “Luqano”su arasında keçiriləcək V tur oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma noyabrın 30-da “Aspmüra” stadionunda oynanılacaq.