logo

Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq

11:33 23-11-2023 | icon 1491
Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq

Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq.

Federasiyadan YeniAvropa-ya verilən məlumata görə, Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunmuş 100 km məsafəyə qaçış tədbiri Dənizkənarı Milli Park ərazisində keçiriləcək.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq ultramarafonda 50-yə yaxın iştirakçının mübarizə aparacağı gözlənilir.

Yarışa noyabrın 24-ü saat 03:00-da start veriləcək. Ağ şəhər bulvarından Su idman sarayının arxa hissəsi istiqamətində 5 dairəni əhatə edəcək ultramarafonun mükafatlandırma mərasimi saat 16:30-da keçiriləcək. Start, finiş və mükafatlandırma mərasimi Azərbaycan Dövlət Kukla Teatrının arxa hissəsindəki ərazidə baş tutacaq. Mükafatlandırma mərasimində Azərbaycan atletikasının 100 illiyi ilə əlaqədar Bakıya gələcək Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov da iştirak edəcək.