logo

Ağsu dolaylarında maşın aşıb, ata və oğul ölüb

09:19 06-11-2023 | icon 4067
Ağsu dolaylarında maşın aşıb, ata və oğul ölüb

Ağsu dolaylarında maşın yoldan çıxaraq aşıb, iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

YeniAvropa xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Ağsudan Bakı istiqamətində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Yol qəzası nəticəsində avtomobildə sərnişin qismində olan rayonun Cəlayir kəndinin iki sakini hadisə yerində ölüb.

Qəzada həyatını itirən şəxslərin ata və oğul olduğu bildirilir.

Hadisənin hansı şəraitdə və necə baş verməsi aparılan araşdırmalardan sonra bəlli olacaq.