logo

“Qarabağ”- “Bayer” oyununa 15 min bilet satılıb

11:33 03-11-2023 | icon 2009
“Qarabağ”- “Bayer” oyununa 15 min bilet satılıb

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ev oyununa 15 min bilet satılıb.

YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə,Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça bilet satışları davam edir.

Biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Biletləri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer 04” matçı saat 21:45-də başlayacaq.